Qırmızı.az
Azərbaycan təyyarələri Qarabağ səmasına qalxdı
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət
yenidən gərginləşib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata
görə, vəziyyətlə əlaqədar Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş
təyyarələri hərəkətə keçib. Hərbi Hava Qüvvələrinin təyyarələri
cəbhə boyu uçuşlar həyata keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə faktı
təsdiqləyib.
Qeyd edək ki, yanvarın 24-də saat 06:00 radələrində erməni
kəşfiyyat-diversiya qrupu cəbhənin Tərtər rayonu istiqamətində,
Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas
xəttini keçməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin
səngərlərimizə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı
alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri geri
çəkilməyə məcbur edilib. Ön xəttə yerləşən bölmələrimiz tərəfindən
aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr
və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində
də səsləndirilməsi qeydə alınıb.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi