Qırmızı.az
Müəllimlər imtahan verdi - VİDEO
Bu gündən etibarən müəllimlərin sınağa çəkilməsinə
başlanılıb.
Təhsil sistemində ilk dəfə keçiriləcək bu sınaq qiymətləndirmələr attestasiyaya hazırlıq mərhələsi hesab edilir. 4 gün davam edəcək sınaq qiymətləndirmə hələlik paytaxt məktəblərində çalışan 30 mindən çox müəllim üçün nəzərdə tutulub. Qiymətləndirmə zamanı müəllimlərin fənn, metodika və kommunikativ bilikləri imtahan ediləcək. Sınaq qiymətləndirilməsində müəllimlərin göstərdiyi nəticələr onların əmək haqqlarının azaldılması və yaxud işdən çıxarılması ilə bitməyəcək. Qiymətləndirmənin aparılmasında məqsəd müəllimləri hədə, qınaq obyektinə çevirmək yox, sadəcə onların bilik və bacarıqlarının yoxlanılması üçün təyin edilən ilkin mərhələdir. Bu gün ibtidai sinif müəllimləri, rəsmxət və təsviri incəsənət müəllimləri sınağa çəkiliblər.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət
Valehovun sözlərinə görə, sınaq qiymətləndirilmə əsasən
müəllimlərin bilik, bacarıq və səriştəsinin bir növ
diaqnostikasıdır: “ Burada söhbət hər hansı bir keçid balından
getmir. Keçid balı söhbəti olarsa, o zaman bu attestasiya
olacaq”.
İmtahan edilən müəllim Validə Axundova isə qeyd edir kİ, fənnü üzrə suallar çətin deyildi: “Dərs deyən hər bir müəllim heç bir çətinlik çəkmədən, 100 faiz olmasa da 90 faiz bu suallara cavab verməlidir. Mən fənn üzrə bütün suallara cavab yazdım. Kommunikativ suallar da normal idi. Amma kurikulumla bağlı suallarda əziyyət cəkdim. Buna baxmayarq onlara da cavab vermişəm. Artıq verdiyim cavabın düzgün olub-olmamasını isə bilmirəm”.
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO