Qırmızı.az
Avtobusda qadınlar saçyolduya çıxdı
Ötən gün saat 19 radələrində sərnişin avtobusunda qadınlar əlbəyaxa dava edib. ANS PRESS-in məlumatına görə, hadisə “Neftçilər” metrosu və Yeni Günəşli qəsəbəsi istiqamətinə işləyən 64 saylı sərnişin avtobusunda olub.
Belə ki, avtobus Nizami rayonu ərazisində həmişəki kimi basabas
gedirmiş. Bu zaman avtobusa yaşlı bir qadın minib. Qadının yanında
bir uşaq da olub. Qadın ona yer verilmədiyi üçün başlayıb
deyinməyə. Yaşlı qadın avtobusda oturan gənc xanımları təhqir edib
və onları mədəniyyətsiz adlandırıb. Qızlardan biri ayağından
əməliyyat olunduğu üçün dura bilmədiyini dedikdə, qadın onu da
döyüb.
Qadın daha sonra qarşısında oturan qızlardan birinin saçına əl
atıb. Qızın köməyinə isə onun yanında oturan hicablı rəfiqəsi
gəlib. Daha sonra davaya arxada oturan 2 gənc qız da qoşulub.
Nəticədə avtobusda qadınların davası yaranıb. Dava zamanı yaşlı
qadın gənc qızlardan birinin saçını yolub. Digər qızlar isə yaşlı
qadını döyüblər. Dava vaxtı qadının yanındakı azyaşlı uşaq qorxudan
çığıraraq ağlayıb.
Avtobus saxlandıqdan sonra avtobusda olan kişilər davanı birtəhər
sakitləşdiriblər.
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...