Qırmızı.az
Sabah yağış yağacaq
Sabah Azərbaycanın əksər rayonlarında şimşək çaxacaq, yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı gözlənilir. Temperatur Bakıda gecə 19-21°, gündüz 30-32° isti olacaq.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 21-22°, Türkan, Hövsan, Şıx və Sahildə isə 22-23° isti təşkil edəcək.
İyunun 16-da Azərbaycanın əksər rayonlarında əsasən gecə və axşam yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq.
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO