Qırmızı.az
Azərbaycan-İran sərhədində yanğın
Ötən gecə İranın Parsabad şəhərinin yaxınlığında Araz çayının
ətrafındakı meşəlikdə güclü yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi xəbər
verir.
Məlumata əsasən, yanğının söndürülməsinə Parsabad, Biləsuvar
şəhərlərinin yanğın söndürmə briqadaları ilə yanaşı, əhali də cəlb
olunub.
Məlumatda yanğının İran ərazisində bu gün səhər söndürüldüyü
bildirilsə də, Araz çayının Azərbaycan tərəfində yanğının hələ də
davam etdiyi qeyd olunur. Yanğın zamanı yüzlərlə ağac məhv
olub.
İranın Parsabad şəhəri Azərbaycanın Beyləqan və İmişli rayonları
ilə həmsərhəddir.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin
İnkişafı Departamentinin sektor müdiri Sadıq Salmanov isə Trend-ə
bildirib ki, Azərbaycanın meşələrində hər hansı yanğın hadisəsi baş
verməyib. Bu barədə yayılan məlumatlar da düzgün deyil: "Nazirlik
yay mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.
Meşələrin mühafizəsi üçün də lazım olan bütün tədbirlər görülür.
Əgər bizim meşələrdə hər hansı yanğın olsaydı, bundan mütləq
xəbərimiz olardı".
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq