Qırmızı.az
Keyfiyyətsiz dondurmalar almayın - VİDEO
Yayda dondurma sevməyən, yeməyən tapmaq çətin məsələdir.
ANS TV-nin məlumatına görə, yay vaxtı keyfiyyətsiz dondurmanın
dadına baxanlar az olmayıb. Köhnə, ya həddindən artıq yağlılığı
olan, ya da ümumiyyətlə mənşəyi hansı yağdan hazırlandığı belə
bilinməyən dondurmanın alıcısı var. Nəzərə alsaq ki, dondurma tez
həll olunan, yüksək kalorili süd məhsuludur və ondakı yağlılıq 3 %
dən artıq olmamalıdır, o zaman düşünməyə dəyər. Çünki normalda
dondurma kərə yağından hazırlanmalı və dilin üstünə qoyulanda təzə
qaymaq dadı verməlidir. Amma bəzən işbazların dondurmanı istehsal
edərkən tərkibinə marqarin, müxtəlif bitki yağlarını qatması onun
yararlılıq müddətini azaldır.
Dondurmanın satıldığı obyektlərdə isə tələbat az deyil, əksinə
çoxdur. Satıcı Kamran Rəfibəyli alıcıların xüsusilə ucuz
dondurmalara üstünlük verdiyini deyir:
"Adam var, bahalı dondurma yeyir, adam var, ucuz. 30 və 50 qəpiyə
də dondurma var, 2 AZN də. Hamısı keyfiyyətinə görə fərqlənir”.
Alıcılar isə dondurma alarkən onun keyfiyyətini xarici görünüşü ilə
müəyyən edirlər. Bir də baha və ucuz olması ilə.
Paytaxt sakini Mirvari İsayeva isə deyir ki, elə alıb yeyirik, amma
keyfiyyətini ayırd edə bilmirik. Alanda bahalı dondurma alırıq,
çünki ucüz ətin şorbası olmur.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma
şöbəsinin müdiri İmran Abdullayev hazırda dondurmaların
daşınmasında daha çox problemlərin olduğunu deyir. Şöbə müdirinin
sözlərinə görə, dondurmanın daşındığı nəqliyyat vasitəsində
temperatur -18 dərəcəni göstərməlidir.
İmran Abdullayev qeyd edir ki, dondurma daşıyan maşınlar bu
temperaturu vermirsə və ya da tez-tez soyuducunun ağızını açıb
örtürlərsə, o zaman dondurma yumşalaraq əriyir və tədricən
keyfiyyətini itirir. Təbii ki, bu cür dondurma istifadəyə
yararsızdır.
Xaricdən gətirilən, eləcə də yerli müəssisələrdə hazırlanan
dondurmalardan hər yay fəslində laborator nümünələr götürən
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu il
də ənənəsinə sadiq qalıb.
Komitənin mətbuat katibi Fazil Talıblının sözlərinə görə,
dondurmalar əsasən tərkibindəki yağın mənşəyi və dondurulma
qaydaları ilə əlaqədar yoxlanılır. Artıq bir çox obyektlərdən
dondurmalar alınaraq laboratoriyaya göndərilib.
Məlumat üçün bildirək ki, dondurma istehsal edən müəssisə
standartlara uyğun olmayan məhsulu satırsa, həmin müəssisənin
fəaliyyəti dayandırılır, sahibkar fiziki şəxsdirsə,1500-2000 AZN,
hüquqi şəxsdirsə, 4000-5000 AZN cərimələnir.
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO