Qırmızı.az
Zakir Həsənov erməni təhlükəsindən danışdı
Müdafiə naziri Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin və "Rosoboroneksport"un rəhbərlərini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə
naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası
Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru
Aleksandr Fomini və "Rosoboroneksport" Açıq Səhmdar Cəmiyyətinin
baş direktoru Anatoli İsaykini ilə görüşüb.
Müdafiə naziri qonaqları salamlayaraq, iki ölkə arasında hərbi
sahədə mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə
xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərimizin regional
təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistan
ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə
olduğunu bildirib.
Qonaqlar səmimi qəbul üçün minnətdarlığını bildirib, Azərbaycanla
Rusiya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarının
geniş perspektivlərə malik olmasını diqqətə çatdırıblar.
Sonra Azərbaycan-Rusiya hərbi və hərbi-texniki sahədə mövcud
əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi