Qırmızı.az
Qrantların qeydiyyat proseduru xeyli asanlaşacaq
Publika.az “Qafqazinfo”ya daxil olan xəbərə görə, toplantıda Komissiya üzvləri ilə yanaşı QHT-lərə Dövlət Dəstəyi Şurasının, Ədliyyə Nazirliyinin, Mərkəzi Bankın, Avropa Birliyi, ABŞ, Böyük Britaniya, Fransa səfirliklərinin, ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, USAİD, Kounterpart İnterneşnl Azərbaycan nümayəndəliyi, Vord Vijn, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, Fridrix Nauman Fondunun, Konard Adenauer Fondunun, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Yerli Bacarıqların Artırılması Layihəsinin, SEDA layihəsinin nümayəndələri, aparıcı yerli QHT-lərin nümayəndələri iştirak ediblər.
“Hüquq və Monitorinq” Komissiyasının sədri Əliməmməd Nuriyev bildirib ki, toplantının keçirilməsində məqsəd QHT qanunverciliyinə sonuncu dəyişikliklərin, əsasən də qrantların qeydiyyatı yaratdığı ilə bağlı yaranmış narahatlıqların həlli yollarını müzakirə etməkdir. Ə.Nuriyev qeyd edib ki, Hüquq və monitorinq Komissiyası qanunvericiliyə son dəyişiklilərin tətbiqi ilə bağlı müəyyən müşahidələr aparmış, QHT-lərlə görüşlər keçirib. Eyni zamanda Komissiyaya bir sıra qeyri-hökumət təşkiatlarından da məlumatlar daxil olub. Bütün bu müşahidələr, görüşlər və məlumatlar əsasında toplanmış informasiya təhlil edilərək yaranmış çətinliklərin aradan qaldırılmasına yönəlik Təkliflər Paketi hazırlanıb.
Təkliflər Paketi qrant müqavilələrinin qeydiyyat qaydalarının təkmilləşdirilməsini, Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"nın, Müqavilələrin notarial təsdiqi, Qrant alınmasına (verilməsinə) dair müqavilələrin qeydiyyatı ilə bağlı bildirişlərin verilməsi, inzibati cərimələrin azaldılması, “Dövlət rüsumu haqqında” qanununa əlavə və dəyişikliklərlə bağlı xeyli məsələləri əhatə edir.
Təklif Paketi haqqında geniş məlumat verən Ə. Nuriyev sənəddə qrant müqavilələrinin sürətlərinin notarial qaydada təsdiqinin ləğvi, qrant müqaviləsinin surətinin qrant alan təşkilatların özləri tərəfindən təsdiqlənməsi, müqavilə xarici dildə olduqda onun məzmunu barədə zəruri məlumatların verilməsi ilə bağlı təklifləri xüsusi qeyd edib. O, bildirib ki, təkliflərdə qrant müqaviləsi barədə yanlış məlumat verməyə görə inzibati sanksiyanın müəyyən edilməsi də yer alıb.
Ə. Nuriyev həmçinin bildirib ki, yaxın vaxtlarda qrantların elektron qeydiyyatın keçildikdə qrantların qeydiyyat proseduru xeyli asanlaşacaq.
Çıxış edənlər təkliflərə münasibət bildirib və bir sıra yeni təkliflər də irəli sürüblər.
Təkliflərə münasibət bildirən Ədliyyə Nazirliyinin rəsmisi Rəhim Rəhimov bildirib ki, Nazirlik Komissiya ilə sıx işləyir, Təkliflər Paketində çox faydalı təşəbbüslər var, bunlar müzakirə oluna bilər. Bununla belə Ədliyyə Nazirliyi qanunu icra edən qurum kimi qanunun tətbiqi prosesində problemlərin olmamasına çalışır.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."