Qırmızı.az
Bu şəhərlərdə oruc 22 saatdır
Artıq bütün dünya müsəlmanları müqəddəs ramazan ayının
astanasındadır. ANS PRESS-in xəbərinə görə, dünyada 1.5 milyarddan
çox müsəlman var və onların tutacağı orucun müddəti yaşadıqları
ölkələrə görə fərqli olacaq. Bu il yayın orta ayı iyula təsadüf
edən ramazan orucunu bəzi şəhərlər maksimum həddə 22 saat, bəzi
şəhərlər isə minimum həddə 8 saat tutacaq.
Hər il olduğu kimi bu il də bəyaz gecələrin yaşandığı Skandinaviya
ölkələrində yaşayanlar ən uzun orucu tutacaqlar. Bildirilir ki,
ramazanın ilk günü İsveçin Kiruna şəhəri 21 saat 55 dəqiqə,
Norveçin Tromso şəhəri 21 saat 51 dəqiqə, İslandiyanın Reykyavik
şəhəri sakinləri 21 saat 50 dəqiqə oruc tutacaqlar. Burda yaşayan
müsəlmanların sutka ərzində sadəcə 2 saat yemək-içmək üçün vaxtı
olacaq. Bu ölkələrdə iqlim şəraiti sərin olduğundan burda yaşayan
müsəlmanların oruc vaxtı çox da əziyyət çəkməsi gözlənilmir.
Dünyada ən qısa vaxt oruc tutana şəhər isə Argentinanın Uşuayya
şəhəri olacaq. Məlumata görə, burda yaşayan möminlər sadəcə 8 saat
56 dəqiqə oruc tutacaqlar.
Bundan başqa Helsinki, Oslo və Kopenhagendə yaşayan müsəlmanlar 21
saat oruc tutacaqlar.
Bu şəhərlərdə yaşayan müsəlmanların ən böyük problem isə iftar
ziyafətlərinə getməkdir. Bu yerlərdə vaxt az olduğundan hər kəs
orucunu öz evində açmağa üstünlük verir.
Azərbaycanlı möminlər isə 24 saatlıq sutkanın 17 saata yaxınını
oruclu keçirəcəklər.
Allah oruclarınızı, dualarınızı, namazlarınızı və bütün
ibadətlərinizi qəbul etsin!
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO