Qırmızı.az
Baş Prokurorluq qətllə bağlı açıqlama yayıb
Baş Prokurorluq Sabirabad rayonunda törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, iyunun 28-də Sabirabad şəhər sakini Abbas Nazim oğlu
Fətullayevin qəsdən öldürülməsilə bağlı məlumat daxil olub. Daxil
olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin
əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə
yerinə və meyitə baxış keçirilib. Bundan başqa, cinayət əsasında
digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq
ekspertizalar təyin edilib.
İstintaqla Araz Fərəcovun qeyd edilən tarixdə saat 04:00
radələrində Sabirabad şəhəri, Ə.Kərim küçəsində aralarında şəxsi
münasibətlər zəminində yaranmış mübahisə zamanı Abbas Fətullayevin
boğaz nahiyəsinə kəsici alətlə xəsarətlər yetirərək qəsdən
öldürməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan, o,
tutularaq istintaqa cəlb olunub.
Araz Fərəcov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək
Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və
rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri
seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
-
Sosial23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi
-
İnanc19:30Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı
-
İdman19:20Abramoviçin vaxtındakı pozuntular: “Çelsi” cəzalandı
-
Ekopublika.az19:00Bakının bütün rayonlarında kirayə qiymətləri artıb - Yeni rəqəmlər
-
Ekologiya18:10Martın 17-si ilə bağlı əhaliyə xəbərdarlıq































