Bizdən kömək gözləmə: Bu ölkə Trampa “yox” dedi
Bizi izləyin

Dünya

Bizdən kömək gözləmə: Bu ölkə Trampa “yox” dedi

Yaponiya ABŞ prezidenti Donald Trampın xahişindən sonra gəmilərini Hörmüz boğazına göndərməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Yaponiyanın müdafiə naziri Şindziro Koidzumi Pentaqon katibi Pit Heqsetlə gecə saatlarında telefon danışığından sonra bildirib ki, ən vacib məsələ, diplomatik yollar da daxil olmaqla, vəziyyəti həll etmək üçün bütün səyləri göstərməkdir.

Yaponiyanın Baş naziri Sanae Takaiti də öz növbəsində ölkəsinin hələlik rəsmi sorğu almadığını, lakin öz qanunvericiliyi çərçivəsində hərəkət edəcəyinə söz verdiyini vurğulayıb.

Takaiti, ABŞ prezidenti Donald Trampın Vaşinqtonda keçiriləcək görüşdə ondan birbaşa dəstək istəməsi halında Tokionun reaksiyasının necə olacağı ilə bağlı suala cavab olaraq bildirib ki, Yaponiya hökuməti hazırda bu vəziyyətə necə reaksiya verəcəyini düşünür .

Koidzumi bildirib ki, ümumiyyətlə, Yaponiya Özünümüdafiə Qüvvələrinin gəmilərindən istifadə edərək dəniz təhlükəsizliyi əməliyyatları xüsusi hallarda, məsələn, Yapon gəmilərinin qorunması tələb olunduqda, Yaponların həyatı və ya əmlakı təhdid edildikdə və ya sabitliyin qorunması lazım olduqda mümkündür. Lakin nazir İrandakı vəziyyətin belə bir hal təşkil edib-etməməsi ilə bağlı şərh verməkdən imtina edib.

Tramp daha əvvəl Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və Yaxın Şərqdəki vəziyyətdən təsirlənən digər ölkələri Hörmüz boğazına gəmilər göndərməyə çağırmışdı.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm