Yaxın Şərq
ABŞ gəmilərini körfəzdən geri çəkdi: İranla bağlı gizli plan nədir?
Fars körfəzi və Hörmüz boğazı akvatoriyasında vəziyyət yenidən gərginləşib. ABŞ-a məxsus aviadaşıyıcı gəmilərin İranın ərazi sularına yaxın bölgələrdən geri çəkilərək daha təhlükəsiz mövqelərə keçdiyi bildirilir.
Publika.az xəbər verir ki, bu barədə hələlik ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəsmi açıqlama verməyib.
Müşahidəçilər isə bunu son günlər regionda hərbi və mülki gəmilərə hücumların artması ilə əlaqələndirirlər. Daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanındakı terminala və Şarca sahilləri yaxınlığında ABŞ bayrağı altında üzən tankərə zərbələr endirildiyi barədə məlumat yayılmışdı. Həmçinin “Abraham Linkoln” aviadaşıyıcısına zərbə dəydiyi iddiaları səsləndirilir.
Çinin Mizar peyk xidmətinin yaydığı görüntülərə görə, əvvəllər İran sahillərindən təxminən 350 km məsafədə olan “Abraham Linkoln” hazırda 1100 km-dən çox uzağa çəkilib. “Military Observer” nəşri bunu ABŞ zərbə qruplaşmasının genişmiqyaslı yenidən yerləşdirilməsi kimi qiymətləndirir.
Digər aviadaşıyıcı - “Gerald R. Ford” isə Fars körfəzini tərk edərək Qırmızı dənizin cənub hissəsinə keçib və Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında lövbər salıb.
Tehran isə iddia edir ki, ABŞ gəmiləri İranın raket və pilotsuz aparat zərbələrinə görə geri çəkilib və “Abraham Linkoln” zərər görüb. İran tərəfi, həmçinin martın 12-də “Gerald R. Ford” gəmisində baş verən və iki dənizçinin yaralanmasına səbəb olan yanğının amerikalılar tərəfindən törədildiyini iddia edir.
Adəm
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO





































.jpg)

.jpg)