Qırmızı.az
ANS-də azan qalmaqalı böyüyür – QMİ-dən sərt reaksiya
“İslam dininin atributu olan azanın Ramazan ayında ANS
kanalında səsləndirilməsi təmin olunacaq”.
Bunu AzNews.az-a açıqlmasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)
sədrinin İçərişəhərdəki məscidlər üzrə səlahiyyətli nümayəndəsi
Hacı Surxay Məmmədli ANS-də ramazan ayında azanın
səsləndirilməsinin qadağan olunması məsələsinə münasibət
bildirərkən deyib. S. Məmmədli vurğulayıb ki, azan İslam dinin
atributlarındandır və onun Azərbaycanda səsləndirilməsi də bir
müsəlman ölkəsi kimi vacibdir: “Hesab edirəm ki, azanın
ANS-də səsləndirilməməsinin səbəblərini araşdırmaq lazımdır. Mən
bunun təfərrüatın bilmirəm və bu haqda geniş heç nə deyə
bilmərəm”.
Axund əlavə edib ki, Ramazan ayı rəhmət ayı olduğuna görə, ANS-də də azanın verilməsi təmin olunacağına ümid etdiyini qeyd edib.
Məsələ ilə bağlı ANS-in də mövqeyini öyrənmək istədik. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Məmmədov vitse-prezident Mirşahin Ağayevə müraciət etməyimizi məsləhət bilib: “Mən məzuniyyətdəyəm. Olanlarla bağlı məlumatsızam. Bilmirəm, kim kimə qadağa qoyub. Mirşahin müəllimə zəng edin, o, sizə ətraflı cavab verər”. Mirşahin Ağayev isə ona ünvanladığımız sualı eşidən kimi telefonun dəstəyini asdı.
Xatırladaq ki, “Aktual.az”-ın məlumatına görə, ANS televiziyası bu
il Ramazan ayında azanın yayımlamaqdan imtina edib. Xəbərdə
bildirilib ki, azanın yayımlanmasına hökumət tərəfindən qadağa
qoyulub. Hətta efirə azan veriləcəyi təqdirdə ANS kanalının
bağlanacağı haqda da xəbərdarlıq edilib.
-
Qoroskop00:25
Günün qoroskopu: ideyaların reallaşdırılması üçün uğurlu gündür
-
Nida Xəbər 29 May 22:28
Ceyhun Bayramov Pakistanda səfərdədir
-
Magazin229 May 21:52
Kadir İnanır yenidən xəstəxanaya yerləşdirildi
-
MDB29 May 20:50
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi
-
Magazin129 May 20:40
Bəhram Bağırzadənin bu hüququ məhdudlaşdırıla bilər
-
Elm və təhsil29 May 20:32
Müəllimlərə maaşlarla bağlı ŞAD XƏBƏR
-
Elm və təhsil29 May 19:52
Baş nazirdən QƏRAR: təkrar sertifikatlaşdırmadan keçməyənlər...
-
Magazin229 May 19:36
38 yaşlı məşhur aktrisa vəfat etdi - FOTOLAR