Qırmızı.az
“Hafka” ölkədən qaçarkən saxlandı?
“Son günlər adı qalmaqallarda hallandırılan "Bakı" futbol klubunun prezidenti, məşhur iş adamı Hafiz Məmmədov (Hafka) ölkədən qaçarkən saxlanılıb”.
Bu barədə qaynar.info saytı xəbər yayıb. Sayt iddia edir ki, Hafiz Məmmədov ölkədən qaçarkən hüquq-mühafizə orqanları tərəfindən Bakı Hava Limanında saxlanılıb. Lakin buradakı uyğunsuzluq budur ki, hava limanı qaçış yeri yox, adətən uçuş məqsədi ilə istifadə olunur.
Məlumatı yayan mənbə - qaynar.info iddia edir ki, hazırda iş adamı nəzarətdədir. Lakin hansı orqanın nəzarətində olduğu məlumatda qeyd edilmir.
"Bakı" futbol klubunun prezidentinin adı son günlər mətbuatda çox hallanırdı. Belə ki, "Baghlan Group"-un prezidentinin biznes fəaliyyətindəki "axsamalar", ölkədə ən güclü futbol kulublarından biri hesab olunan "Bakı" futbol klubunun bazasının satışa çıxarılması, "Bank of Azerbaijan" ətrafında yaranan böhran və “Hafka”nın nəqliyyat naziri Ziya Məmmədovla əlaqələri medianın gündəmindən düşmürdü. (qaynar.info)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Orxan Mansurzadə qaynar.info-nun sorğusuna cavab olaraq deyib ki, bu barədə məlumatı yoxdur.
-
İdman22:12
Bu da Premyer Liqada mövsümün ən yaxşı qolu - VİDEO
-
Səhiyyə21:24
Vərəm peyvəndi insanları bu ölümcül virusdan QORUYUR
-
Magazin120:12
Azərbaycanda bu serial finala gedir - VİDEO
-
MDB19:48
Putin Özbəkistanda: Mirziyoyev onu belə qarşıladı - VİDEO
-
Region17:10
Ermənistanda 2 nəfər öldü, 300 nəfər təxliyə edildi - Paşinyan fəlakət bölgəsinə getdi - YENİLƏNDİ
-
Hadisə16:27
Kür çayı məcradan çıxıb - FHN məlumat yaydı
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı