Artur Rasizadə: “Xocalı soyqırımını Ermənistanın rəhbərliyi törədib“
Bizi izləyin

Qırmızı.az

Artur Rasizadə: “Xocalı soyqırımını Ermənistanın rəhbərliyi törədib“

Ermənistanın hazırkı rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş naziri Artur Rasi-zadə iyulun 7-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşündə deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən A.Rasi-zadə Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyünü bildirib.

Baş nazir Ermənistanın işğalçılıq siyasətinin region üçün təhlükə olduğunu, bu siyasətdən Ermənistanın özünün də əziyyət çəkdiyini vurğulayıb.

Sonra Azərbaycan-Gürcüstan əlaqələrinin dərin tarixi köklərə əsaslandığını deyən Baş nazir hər iki ölkənin prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

A.Rasizadə Azərbaycanın və Gürcüstanın bir sıra iri regional iqtisadi layihələr həyata keçirdiyini və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin başa çatmaq üzrə olduğunu bildirib.

Gürcüstan parlamentinin sədri D.Usupaşvili ölkəsinin Azərbaycanın iqtisadi və siyasi sahədə təcrübəsi ilə yaxından maraqlandığını deyib. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirərək bunun üçün regionda sabitliyin vacib amil olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm