Üç təyyarə birdən çaya düşdü (FOTO)
Bizi izləyin

Qırmızı.az

Üç təyyarə birdən çaya düşdü (FOTO)

Dünyanın ən məşhur təyyarə və vertolyot istehsalçısı olan "Boinq" ABŞ-da böyük bir qəza ilə gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, cümə axşamı ABŞ-ın Kanzas ştatında yerləşən Viçita şəhərindən yük qatarına yüklənən 3 ədəd "Boinq 737" gövdəsi Montana ştatında Klark Fork çayına düşüb.

Hadisə ilə bağlı bidirilib ki, 90 vaqondan ibarət qatar Superior gölünün 30 kilometr şərqində relsdən çıxıb, nəticədə 19 vaqon yükləri ilə birlikdə çaya yuvarlanıb.

Qəzada "Boinq" şirkətinə böyük məbləğdə maddi ziyan dəydiyi bildirilir.

Qəzanı eşidərək gölə axın edən Montanalı vətəndaşlar isə hadisənin necə baş verdiyindən xəbərsiz olduqları üçün əvvəlcə baş verənləri çaşqınlıqla izləyiblər. Daha sonra isə rəsmilər tərəfindən hadisənin baş vermə səbəbi açıqlanıb.











Oxumağa davam et
Reklam
Reklam

Gündəm