Qırmızı.az
Bankdan 3 milyonluq cinayət
“Debut” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna məlum daxil olub. Daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, araşdırma zamanı fonddan daxil olmuş materialda qeyd edilən
xüsusatlar təsdiq olunub. Məlum olub ki, büdcə vəsaiti hesabına
müvəkkil kredit təşkilatı kimi “Debut” Kommersiya Bankı ASC-yə
2006-2008-ci illərdə ayrılmış 2 milyon 961 min 500 manat güzəştli
kreditin bankın vəzifəli şəxsləri tərəfindən mənimsənilib.
Belə ki, pullar qulluq mövqeyindən sui-istifadə etməklə ayrı-ayrı
hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat
sənədləri qəbul etməklə külli miqdarda güzəştli dövlət kreditinin
mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı
Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf
etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və
ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə
səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü
(vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər