Qırmızı.az
Beyləqanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib
Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a
bildiriblər ki, araşdırmalar zamanı Beyləqan rayonunun Şərq
qəsəbəsi, Allahyarlı, Bolsulu və Eyvazalılar kəndlərinin inzibati
ərazi dairəsi üzrə nümayəndəliklərinin və yerli bələdiyyələrin
vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə
etməklə kənd sakinlərinin guya buğda əkmələri barədə sənədlərə
bilə-bilə yalan məlumatlar daxil edərək buğda istehsalının
stimullaşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılmış 14 min
278 manat pul vəsaitinin mənimsənilməsində və israf olunmasında
şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin
179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)
maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
-
Nida Xəbər 10:39
İlham Əliyev Bakıda mühüm tədbirdə çıxış etdi - YENİLƏNDİ
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı