Günün Ramazan təqvimi (12 iyul)
Bizi izləyin

Qırmızı.az

Günün Ramazan təqvimi (12 iyul)

14 ramazan 1435 – 12 iyul 2014

İmsaq: 04.52
İftar: 21.28

14-cü günün duası: "Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl həfəvat. Və la təsəlni fihi ğərəzən lil-blaya vəl-afat. Bi-izzətikə ya izzəl muslimin."

(İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!).

Ayə: “Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!” /Hücurat-1/

Hədis: " Ramazan ayı mübarək bir aydır. Allahu təala, sizə Ramazan orucunu fərz etdi. O ayda rəhmət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar bağlanar. O ayda bir gecə vardır ki, min aydan daha qiymətlidir. O gecənin [Qədr gecəsinin] xeyirindən məhrum qalan, hər xeyrdən məhrum qalmış sayılar".

Ps. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9 (ANS PRESS)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm