Oruc tutmaqla bağlı bilmədiyimiz HARAM
Bizi izləyin

Qırmızı.az

Oruc tutmaqla bağlı bilmədiyimiz HARAM

Oruc tutmağın tövsiyə edildiyi günlər araşdırıldığında bunun təsadüfi olmayıb, müəyyən bir dövrə görə təşkil edildiyi aşkar olunub. Bu baxımdan oruc tutmanın ruhi və bədəni faydalarını nəzərə alsaq, ilin müəyyən vaxtlarında oruc tutmaq, olduqca, faydalıdır, tutulacaq orucları Peyğəmbərimizin təklif etdiyi günlərdə tutmaq, xüsusilə, savabdır.

Aktual.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aşağıda göstərilən günlərdə oruc tutmanın fəziləti və adama qazandıracağı savablar mövzusunda bir çox hədislər rəvayət edilib.

Şəvval Orucu. Qəməri ay təqvimində Ramazan ayından sonrakı ay, Şəvval ayıdır. Şəvval ayında altı gün oruc tutmaq məsləhətlidir. Bu orucların bayramdan dərhal sonra tutulması, daha fəzilətli olmaqla birlikdə, ay ərzində fasiləli olaraq, tutulması da mümkündür. Qəza orucları bu günlərdə tutula bilər.

Peyğəmbərimiz buyurub ki, “Ramazanı orucla keçirib Şəvval ayının altı gününü də əlavə edən adam bütün ili oruclu keçirmiş sayılır”.

Aşura Orucu. Məhərrəm ayının onuncu gününə "Aşura" deyirlər. Hz. Peyğəmbərin həmin gün oruc tutduğu rəvayət edilir. Lakin, sadəcə, 1 gün oruc tutulması doğru deyil, həmin gündən əvvəlki və ya sonrakı günün də oruclu keçirilməsi tövsiyə edilir.

Hər ayın üç günü tutulan oruc. Peyğəmbərimiz hər ayın üç gününü, xüsusilə, qəmər ayının 13-ü, 14-ü və 15-i oruc tutmağı tövsiyə edib. Qəməri təqvimə (ay təqvimi) görə, həmin günlər "əyyami bid" adlanır.

Zilhiccə Orucu. Zilhiccə ayının ilk doqquz günündə oruc tutmaq tövsiyə edilir. Zilhiccə ayının 10-cu günü Qurban bayramının ilk günüdür.

Haram aylarda oruc. Haram aylar olaraq, bilinən Zilqədə, Məhərrəm və Rəcəb aylarında, cümə axşamı, cümə və şənbə günləri oruc tutmaq tövsiyə edilir.

Şaban Orucu. Aişə anamızın ifadə etdiyinə görə, Peyğəmbərimiz ən çox Şaban ayında oruc tutub.

Davud Orucu. Yəni, bir gün oruc tutub, bir gün tutmamaq. Peyğəmbərimiz tərəfindən "Savm-ı Davud" olaraq adlandırılan bu orucu tutmaq fəzilətlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm