Qırmızı.az
Bu günün tarixi (13.07.2014)
1923-cü ildə 14 metrlik hərflərlə Los Ancelesdəki Hollivud təpəsinə məhşur “Hollywood” yazısı yazılıb
Miladi: 13 iyul 2014
Hicri: 15 Ramazan 1435
İlin 194-cü günü
İlin sonuna 171 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 04.53
Günəş - 06.21
Zöhr - 13.50
Əsr - 18.28
Məğrib – 21.28
İşa – 23.11
1789-cu ildə “Peterburqdan Moskvaya səyahət” kitabının müəllifi
Aleksandr Radişev həbs edilib.
1793-cü ildə fransız elm adamı və tibb doktoru Jan-Pol Marat vəfat
edib.
1830 - Rusiya çarı I Nikolay Azərbaycandan Sibirə və başqa yerlərə
sürgün edilmiş şəxslərin bağışlanılması, onların müsadirə edilmiş
torpaqlarının özlərinə qaytarılması haqqında qanun imzalayıb. Bu
qərar işğal olunmuş Azərbaycan torpaqlarında rus işğalına qarşı
kəndli çıxışlarını səngitmək niyyəti daşıyırdı.
1841-ci ildə Rusiya, İngiltərə, Fransa, Prussiya və Türkiyə
arasında İstanbul (Bosfor) və Çanaqqalla (Dardanel) boğazından
xarici hərbi gəmilərin keçməsini qadağan edən saziş imzalanıb.
1882-ci ildə Rusiyada ilk telefon stansiyası işə salınıb.
1908-ci ildə Qadınlar ilk dəfə müasir olimpiya oyunlarında
(Londonda) iştirak edib.
1918-ci ildə ADR-də səyyar hərbi xəstəxanaların yaradılmasına
başlanıb.
1923-cü ildə 14 metrlik hərflərlə Los Ancelesdəki Hollivud təpəsinə
məhşur “Hollywood” yazısı yazılıb.
1926-cı ildə Xalq rəssamı Vidadi Nərimanbəyov Fransanın Kann
şəhərində anadan olub.
1930-cu ildə Uruqvayda futbol üzrə ilk dünya çempionatı
keçirilib.
1942-ci ildə ABŞ aktyoru Harrison Ford anadan olub.
1947-ci ildə Avropanın xarici işlər nazirləri “Avropanın bərpası
planı”nı təsdiq ediblər.
1951-ci ildə avstriyalı bəstəkar Arnold Şönberg vəfat edib.
1953-cü ildə türkiyəli aktyor Selcuq Yöntəm anadan olub.
1954-cü ildə meksikalı rəssam Frida Kahlo vəfat edib.
1954-cü ildə türkiyəli müğənni Sezen Aksu anadan olub.
1974-cü ildə italyan Formula 1 sürücüsü Jarno Trulli anadan
olub.
1977-ci ildə Nyu-York tarixində ilk dəfə 25 saat ərzində elektrik
kəsilməsi ictimai asayişin pozulmasına səbəb olub.
1992-ci ildə Azərbaycan Respublikası Oman ilə diplomatik əlaqələr
qurub.
1996 - Prezident Heydər Əliyev Avropa Şurası baş katibinin adına
məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul
olunmaq və Avropa İnsan Haqları Konvensiyasına qoşulmaq arzusunda
olduğunu bildirib. Bundan az öncə (28 iyun 1996) Azərbaycan Avropa
Şurasında "xüsusi dəvət edilmiş qonaq" statusu almışdı.
2000-ci ildə akademik Çingiz Cuvarlı vəfat edib.
2006 - Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti)
limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı
keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə, Gürcüstan prezidentləri,
layihədə təmsil olunan neft şirkətlərinin rəhbərləri, ümumilikdə
30-dək ölkənin nümayəndə heyəti iştirak etmişdi. BTC-nin açılışı
Azərbaycanın müstəqil neft strategiyasının zəfəri idi. 1999-cu ilin
18 noyabrında BTC-yə dair "İstanbul bəyannaməsi"nin imzalanması ilə
başlanan yol uğurla başa çatmışdı. BTC-nin uzunluğu 1768 km (443 km
Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisində), gündəlik
nəql gücü 1 mln. barreldir.
2007-ci ildə Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım
haqqında Saziş imzalanıb.
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu