17 yaşlı yeniyetmə bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

17 yaşlı yeniyetmə bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi olub. Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən xəbərər görə, hadisə Sadılı qəsəbəsində qeydə alınıb. Gəncə şəhər sakini 17 yaşlı Sadiq Verdiyev naməlum şəxlər tərəfindən bıçaqlanıb.

O, hadisə şahidlərinin köməkliyi ilə Gəncə şəhər xəstəxanasına çatdırılıb. Döş qəfəsindən və ciyərindən xəsarət alan yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb. Xəstəxanaya çatdırılan zaman xeyli qan itirən yaralının vəziyyəti orta ağırdır.

Gəncə şəhər Baş Polis İdarəsindən onu da bildirdilər ki, yaralının səhhəti ilə əlaqədar olararq ifadəsi alınmayıb. Ona görə də hadisənin səbəbləri məlum deyil.

Polis hadisəni törədən şəxsin axtarışlarına başlayıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm