Qırmızı.az
Prokurorluq orqanlarına qəbulla bağlı imtahanın nəticələri açıqlandı
Prokurorluq orqanlarına işə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulub.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinə müvafiq olaraq prokurorluq orqanlarında mövcud vakant vəzifələrin aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında hərtərəfli hazırlıqlı gənc mütəxəssislər hesabına komplektləşdirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilməklə, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə və "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"na uyğun olaraq elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulub.
Yazılı imtahanda müvəffəqiyyət qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.genproseсutor.gov.az) və Qəbul otağında yerləşdirilib.
Müsabiqənin bu mərhələsində uğur əldə etmiş 73 namizəd Qaydaların 7.5-сi bəndinə əsasən, Azərbayсan Respublikası Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində 16 iyul 2014-cü il tarixdən tibbi müayinədən keçib sağlamlığı barədə müsbət rəy aldıqdan sonra müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəсək və növbəlilik qaydasında müsahibəyə dəvət ediləcəklər.
Müsahibə Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).
Namizədlər tibbi müayinəyə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Əlavə məlumatı 437-28-56, 492-62-23 və 492-39-95 nömrəli telefonlarla almaq olar.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR