Qırmızı.az
Girov götürülən kəlbəcərlilər erməni əsirlərlə dəyişdiriləcək
“Azərbaycan Kəlbəcərdə əsir götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyevin azad edilməsi üçün lazımi addımlar atır. Hər iki mülki vətəndaşımız erməni əsirlərlə dəyişdiriləcək”.
Bu sözləri deputat Asim Mollazadə Dilqəm Əhmədov və Şahbaz Quliyevin ermənilər tərəfindən girov götürülməsi məsələsi ilə bağlı Axar.az-a açıqlama verərkən bildirdi. Millət vəkilinin sözlərinə görə, Qırmızı Xaç Cəmiyyəti vasitəsilə əsirlərimizlə əlaqə saxlayacağıq:
“Bu proses Qırmızı Xaç Cəmiyyəti vasitəsilə həyata keçiriləcək. Onların sayəsində Kəlbəcərdə əsir götürülən vətəndaşlarımızla əlaqə yaratmağa çalışacağıq. Əsirlərin durumunu nəzarət altında saxlamaq və işgəncəyə məruz qalmamaları üçün nə lazımdırsa ediləcək. Təbii ki, onların azad edilməsi üçün də işlər görüləcək və görülür də”.
Deputat əsir götürülən D.Əhmədovun erməni xüsusi təyinatlıları tərəfindən Rusiyada Orxan Zeynalov kimi tutulması və onunla “xüsusi terrorçu” kimi rəftar edilməsindən də danışdı. Onun sözlərinə görə, əsir düşən vətəndaşlara qarşı ermənilərdən normal rəftar gözləmək sadəlövhlük olardı:
“İki ölkə arasında illərdir ki, müharibə gedir. Onlar dəfələrlə dinc vətəndaşlarımıza qarşı bu cür qəddarlıq ediblər. İndi əsir düşən vətəndaşlara qarşı onlardan normal rəftar gözləmək sadəlövhlük olar. Onlar bu hərəkətləri ilə insanlığa qarşı necə qəddar olduqlarını göstərirlər və bunu çəkib göstərməklə, əslində mahiyyətlərini, hansı pronsiplə yaşadıqlarını dünyaya bəyan etmiş olurlar. Onlar özləri özlərini ifşa edir”.
A.Mollazadə əlaqə etdi ki, Ermənistanda əsir olan iki azərbaycanlının hüquqları kobud şəkildə pozulur:
“Əsirlərlə davranma qaydaları ilə bağlı xüsusi konvensiya var ki, onlar buna əməl etmir. Yayılan video görüntülərdən də bunu görmək mümkündür”.
Millət vəkili bu hadisənin cəbhədə vəziyyəti gərginləşdirəcəyini düşünmür:
“Düşünmürəm ki, bu hadisə cəbhədə vəziyyəti gərginləşdirə bilər. Onsuz da mütəmadi olaraq atəşkəsi pozurlar və cavablarını da alırlar. Bundan artıq gərginlik müharibə deməkdir ki, bunun da bu hadisə ilə başlayacağına inanmıram”.
Qeyd edək ki, əslən Kəlbəcərdən olan Dilqəm Əhmədov və Şahbaz Quliyev adlı iki azərbaycanlı girov götürülüb. Onlar uzun illərdir ki, Kəlbəcərə gedir, Ermənistanın işğalı altında olan doğma yurd yerlərindən videoçəkilişlər edirmişlər.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq