Azərbaycanda səfərbərlik hazırlığı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda səfərbərlik hazırlığı – FOTOLAR

Azərbaycanda səfərbərlik hazırlığı – FOTOLAR

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrə uyğun olaraq səfərbərlik hazırlığının təmin edilməsi üçün 2014-cü ilin 6 ayı ərzində tədbirlər həyata keçirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumatda bildirilir ki, Xidmətin Sumqayıt şəhər, Xəzər, Qaradağ, Nizami, Sabunçu və Suraxanı rayon idarələrində, Abşeron, Ağdam, Bərdə, Biləsuvar, Xaçmaz, Göygöl, Kəpəz, Masallı, Nizami (Gəncə) və Şəki rayon şöbələrində, Qobustan, Xızı, Qax, Siyəzən, Şabran, Yardımlı və Samux rayon bölmələrində müvafiq rayon İcra Hakimiyyəti başçılarının iştirakı ilə ərazi icra nümayəndələri (xəbərdarlıq sahələrinin rəislərinə) üçün səfərbərlik hazırlığı üzrə məşğələlər təşkil olunub.

Məşğələlərdə Silahlı Qüvvələrə təhkim olunmuş hərbi vəzifəlilərin xəbərdar edilməsi və praktiki toplanması təşkil edilib, hərbi vəzifəlilər qeydiyyatdan keçirilib. Eləcə də “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri onlara izah edilib.

Xatırladaq ki, qanunun müvafiq maddəsinə əsasən, vətəndaşlar səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə çağırış vərəqəsinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlir, aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəxslərin əmrlərində qeyd olunmuş tələbləri yerinə yetirirlər.

Səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə, həmçinin Xidmətin Sumqayıt şəhər, Xəzər, Qaradağ, Nizami, Sabunçu və Xətai rayon idarələrində, Abşeron, Lənkəran, Masallı, Saatlı və Sabirabad rayon şöbələrində Silahlı Qüvvələrə təyin edilmiş hərbi-nəqliyyat vasitələri təyin olunmuş məntəqəyə toplanaraq onlara sıra baxışı təşkil olunub.

Səfərbərlik hazırlığı üzrə plana uyğun olaraq tədbirlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm