Həsən Həsənovun qardaşı: “Ölüm xəbərinə inanmırıq"
Bizi izləyin

Qırmızı.az

Həsən Həsənovun qardaşı: “Ölüm xəbərinə inanmırıq"

Erməni tərəfinin öldürdüyü bildirilən Həsən Həsənovun ailə üzvləri Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət edib. Bu barədə H.Həsənovun qardaşı Nail Həsənov Publika.az-a açıqlamasında deyib.

N.Həsənov bildirib ki, Həsənin Kəlbəcərə getmək istəyindən xəbərsiz olublar.

“Nə ailəsinə, nə də bizə bu istəyi barədə heç nə deməyib. Bizə Türkiyəyə getmək istədiyini demişdi. Həsən və onun başına gələn hadisə barədə mətbuatdan xəbər tutmuşuq. Amma onun öldürülməsi barədə yayılan məlumatlara çox da inanmırıq. Atamıza da onun barəsində məlumat vermirik.

Videoda onun görüntüsü var, amma onun ölməsi barədə məlumat dəqiq deyil. Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etsək də, ola bilər ki, Həsən ora getməyib, ya da hazırda orada deyil. Əlimizdə heç bir fakt olmadığına görə heç nə deyə bilmirik. Çünki onunla birlikdə getdiyi deyilən Söhrab və Dilqəmin sonrakı görüntüləri var, amma Həsən ancaq girovluqdan əvvəl çəkilmiş videoda görünür”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm