Qırmızı.az
Uşaq alveri ilə məşğul olan cütlük həbs edildi
Kolumbiyada uşaq alveri ilə məşğul olan ispaniyalı cütlük həbs
edilib.
ANS PRESS-in məlumatına görə, onlar ölkədən satın aldıqları körpəni
çıxararkən saxlanılıblar. İspaniyalılar uşağı öz valideynlərindən
satın almaqda şübhəli bilinirlər.
Söhbət hava yolu ilə körpə ilə birlikdə Boqota betynəlxalq hava
limanından Madridə uçmağa cəhd edən 45 və 42 yaşlı cütlükdən gedir.
Onlar uşağı ölkədən çıxarmaq istədikləri zaman körpə xüsusi
həblərlə yatızdırılıb.
Hüquq-mühafizə orqanları onların uşağa görə valideynlərinə 18 min
avro, 1,2 min avro isə bu işdə onlara yardım edən həkimə
ödədiklərini bildirirlər.
İndi ispanlara uşaq alveri maddəsi ilə cinayət işi açılacaq. Eyni
ittiham körpənin valideynlərinə də şamil ediləcək. Kolumbiyalı
valideynlər və ispan cütlük körpəni satışını internetdə
razılaşıblar.
Kolumbiya Miqrasiya Xidməti 2013-cü ildə ölkədən alver məqsədilə 48
uşaq çıxarılmasının qarşısını alıb. 2014-cü ilin birinci yarısında
isə 36 belə hal baş verib.
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO