Qırmızı.az
Əsgərlərin valideynləri ilə görüş keçirilib
İyulun 20-də Daxili İşlər Nazirinin müavini - Daxili
Qoşunların Komandanı general-mayor Şahin Məmmədov "N" saylı hərbi
hissədə gənc əsgərlərin valideynləri ilə görüşüb.
ANS PRESS-in məlumatına görə, Daxili Qoşunlarda hərbi xidmət, şəxsi
heyət üçün yaradılmış şərait haqqında ümumi məlumatın verilməsi və
valideynləri maraqlandıran sualların cavablandırılması məqsədilə
keçirilən görüşdə general-mayor Ş.Məmmədov əvvəlcə ordu
quruculuğundakı inkişafdan bəhs edib, dövlət tərəfindən hərbi
qulluqçulara göstərilən diqqət və qayğıdan danışıb: " Bu gün Daxili
İşlər Nazirliyinin Daxili Qoşunlarının mаddi-tехniki, sоsiаl
təminаtı üzrə mühüm işlər görülüb. Şəxsi heyətinin sosial-məişət
şəraitinin yaxşılaşdırılması məqsədilə müasir standartlara cavab
verən yaşayış komplekslərinin, yeni hərbi şəhərciklərin, əsgər
kazarmalarının tikilib istifadəyə verilməsi Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi diqqət və
qayğısının nəticəsidir".
Sonra gənc əsgərlərin valideynlərinə Daxili Qoşunların qarşısında
duran vəzifələr barədə məlumat verilib, valideynlərin xidmətlə
bağlı verdikləri suallar cavablandırılıb, onların arzu və
istəklərinin yerinə yetirilməsi istiqamətində konkret göstərişlər
verilib, icrası mümkün olan məsələlər isə yerindəcə həllini
tapıb.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?