Qırmızı.az
Daha bir nazirlik jurnalistləri təbrik etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib.
Təbrikdə nazirliklə jurnalistlər arasında əməkdaşlığın bundan sonra
daha da inkişaf edəcəyi vurğulanıb:
"Əziz jurnalistlər, 22 İyul - Milli Mətbuat günü münasibətilə hər
birinizi səmimi qəlbdən təbrik edirik. Görkəmli ictimai xadim,
böyük maarifpərvər və publisist Həsən bəy Zərdabinin 22 iyul
1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş
Azərbaycan milli mətbuatı ötən müddətdə şərəfli inkişaf yolu keçib.
Daim ictimai fikir və ideyaların aynası kimi cəmiyyətin inam və
etimadının ünvanına çevrilən milli mətbuatımız “Əkinçi”nin
ənənələrinə, ümumbəşəri mətbu dəyərlərə sadiqliyi ilə seçilib,
azərbaycançılıq məfkurəsinin, vətənpərvərlik qayəsinin daşıyıcısı
olub. Bu gün Azərbaycanda demokratik cəmiyyət quruculuğunun daha
bir təzahürü kimi söz və fikir azadlığı şəraitində, senzurasız
fəaliyyət göstərən kütləvi informasiya vasitələri (KİV) eyni
zamanda dövlətin hərtərəfli dəstəyi ilə əhatə olunub.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi öz fəaliyyəti, əmək və sosial müdafiə sisteminin
təkmilləşdirilməsi məqsədilə aparılan islahatlar barədə daim
cəmiyyətə geniş məlumat açıqlığını təmin edən bir dövlət orqanı
olaraq bu istiqamətdə KİV-lə mütəmadi əməkdaşlığa xüsusi önəm
verir. Bu sahədə uğurlu iş təcrübəsinin əldə olunmasında əməyi olan
hər bir jurnalistə öz minnətdarlığımızı bildirir, qarşılıqlı inam
və səmimiyyətə söykənən bu əməkdaşlığın bundan sonra daha da
inkişaf edəcəyinə inanırıq.
Bir daha hər birinizin peşə bayramınızı ürəkdən təbrik edir, peşə
sahəsində yeni-yeni yaradıcılıq işlərinə və həyatda daim yeni-yeni
uğurlara imza atmağınızı diləyirik".
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO