Qırmızı.az
Nazirlikdən mühüm addım
Bu ilin ilk yarımilində Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən xüsusi qayğıya ehtiyac duyan
uşaqlara sosial xidmətlərin göstərilməsi üzrə elan edilmiş
müsabiqələrdə qalib gələn 13 ixtisaslaşmış QHT ilə müqavilələr
imzalanıb.
Nazirlikdən verilən məlumata görə, müqavilələrə uyğun olaraq, həmin
QHT-lər tərəfindən icra edilən layihələr çərçivəsində 10 rayonda
(Lənkəran, Yardımlı, Ağsu, Tovuz, Astara, Beyləqan, Yevlax, Qax,
Ağcabədi, Qazax) hər biri 30 nəfər uşağa sosial xidmət göstərən
günərzi qayğı mərkəzləri yaradılıb. Bu, ötən ilin müvafiq dövrünə
nisbətən 25% çoxdur.
Layihələr üzrə həmçinin 4 rayon üzrə 7 yaşınadək 100 nəfər uşaq
Portec metodikası ilə sosial reabilitasiya xidmətinə cəlb olunub,
sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların (küçə uşaqları)
sosial reabilitasiyası məqsədilə il ərzində 350-500 uşağa xidmət
göstərən sığınacaq yaradılıb. Eyni zamanda, 50 nəfər daun sindromlu
uşağa xidmət göstərən reabilitasiya mərkəzi, 50 nəfər lal-kar və
zəif eşitmə qabiliyyəti olan uşağa xidmət göstərən surdoloji
mərkəz, 50 nəfər əqli geriliyi olan uşağa xidmət göstərən
psixo-sosial dəstək mərkəzi, 2 rayonda 100 nəfər sağlamlıq
imkanları məhdud uşaq üçün reabilitasiya mərkəzi, görmə qabiliyyəti
zəif olan uşaqlar üçün informasiya mərkəzləri fəaliyyətə başlayıb.
Ötən il icra edilməyən layihə işə salınaraq Bakı şəhərində 50 nəfər
uşağa sosial xidmət göstərən 2 autizm mərkəzi yaradılıb.
Layihələr çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün
xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin
öyrədilməsinə yardım göstərən mərkəz də açılıb. Həmçinin 117 nəfər
sağlamlıq imkanları məhdud uşaq valideynləri ilə birlikdə ölkə
xaricində reabilitasiya kursu keçib. Belə uşaqlara və sosial
təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara qarşı
ictimaiyyətin diqqətinin artırılması üçün təbliğat kampaniyaları
təşkil olunub. Sosial sifarişləri icra edən təşkilatların müstəqil
monitorinqinin aparılması üçün də ayrıca layihə icra edilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR