Qırmızı.az
Avropadan Azərbaycana yeni radarlar gətiriləcək
"Kelvin Hughes" şirkəti Azərbaycanda dənizdə yerləşən obyektlərin mühafizəsi üçün "11 SharpEye™" radarını tədarük edəcək.
Trend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, qərargahı Norveçdə yerləşən "VisSim" Dəniz Aktivlərinin Mühafizəsi və Müşahidə Sisteminin tərkibi kimi, "Kelvin Hughes" Xəzər dənizində hasilat platformaları üçün 10 ədəd "SBS-800-1" antenası (3.7 metr) və "1 800-2" RLS tədarük edəcək.
Radarlar Xəzər dənizindəki hasilat platformalarında və sahil ərazilərdə quraşdırılacaq. "Kelvin Hughes" tərəfindən hazırlanan fiber-optik xətlə mərkəzə bağlanan "SharpEye™" radarları təkmilləşmiş ekrana, sürətli və daha çox məlumat ötürmə imkanına malikdir.
Məlumatda qeyd olunur ki, radarların çatdırılması, quraşdırılması və testləri 2014-cü ilin avqust ayınadək başa çatacaq.
"Kelvin Hughes" şirkətinin satış və marketinq direktoru Spayk Hyuz "SharpEye™" radarlarının Azərbaycanın dənizdə yerləşən obyektlərinin mühafizəsində ehtiyacı olan hər şeyi təmin edəcəyinə əmin olduğunu bildirib.
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ