Qırmızı.az
“Fazil Mustafa məzhəb ayrı-seçkiliyi salır”- QMİ rəsmisindən ittiham
“Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli millət vəkili Fazil Mustafanın Qafqaz Müsəlmanları İdarəsini (QMİ) Ramazan bayramı təqviminə görə tənqid etməsinə sərt reaksiya verib.
Axund Publika.az-a açıqlamasında Fazil Mustafanı ölkədə məzhəb ayrı-seçkiliyi salmaqda ittiham edib.
“QMİ, şükürlər olsun ki, ölkədə yaşayan həm sünnələrin, həm
şiələrin mənəvi maraqlarına xidmət edir. Bizim coğrafi yaxınlıq
səbəbindən üfüq baxımından qonşu dövlətlə üst-üstə düşən, lakin
Rəsədxanamızın verdiyi zaman ehtimalı ilə müəyyən olunan bayram
günü ilə bağlı idarəmizi təəssübkeşliyində günahlandırandan
soruşmaq istəyirəm. Bəs millət vəkili statusu daşıyan şəxsin ölkədə
məzhəb ayrı-seçkiliyi salmasına nə ad vermək olar? Görəsən,
millətin, dövlətin təəssübünü çəkməli olan bu şəxs kimlərin
təəssübünü çəkir?!” - deyə Hacı Surxay F. Mustafaya cavab
verib.
Qeyd edək ki, F. Mustafa QMİ-ni İranın təəssübünü çəkməkdə ittiham etmişdi.
“Dünyanın hər yerində bayram namazı 28 iyuldadır. Yalnız İranda
və Azərbaycanda 29 iyulda təyin olunub. Deyəsən, Qafqaz
Müsəlmanları Ruhani İdarəsinin fətvası Qum saatına baxılaraq
yazılıb, Şamaxı Rəsədxanasının teleskoplarının da gözünü Qum tutub.
Nəinki Güneyimiz, elə Quzeyimiz də hələ ki İran dininin mənəvi
müstəmləkəsi olaraq qalır. Kim istəyirsə gedib öz namazını İran
ayətullalarının arxasında qılsın. Müstəqil bir dövlətin İranın
kopyaçısına çevrilməyi utancverici bir haldır”, - deyə millət
vəkili QMİ-ni ittiham etmişdi.
Asif
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu