Qırmızı.az
Polis qəzaya düşdü: 1 ölü, 3 yaralı
Bu gün saat 16:30 radələrində Şəki ərazisində ölümlə
nəticələnən yol qəza hadisəsi baş verib. Hadisə zamanı bir ailənin
üç üzvü xəsarət alıb və onların 8 yaşlı uşağı dünyasını
dəyişib.
Publika.az PKanal S-ə istinadən xəbər verir ki, hadisə Şəki-Qax
yolunun 31-ci km-də Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə
alınıb. Hadisə zamanı Bakı sakini Əmrahov Samir Əhməd oğlu idarə
etdiyi 90-AP-809 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə
Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və
avtomobili yol kənarındakı işıq dirəyinə çırparaq aşırıb. Nəticədə
sürücü, onun həyat yoldaşı Əmrahova Asudə Əzim qızı və onların qızı
Əmrahova Zümrüd Samir qızı müxtəlif dərəcəli bədən xəsarətləri
alıblar. Onların digər qızı 2006-cı təvvəlüdlü Əmrahova Suada Samir
qızı isə elə hadisə yerindəcə dünyasını dəyişib. Xəsarət alanlar
hadisə yerinə cəlb olunmuş həkim briqadası ilə dərhal Şəki rayon
Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin məlumatlara görə, hadisənin baş verməsinə səbəb avtomobilin
təkərinin partlaması olub. Nəzərinizə çatdıraq ki, xəsarət alan
Samir Əmrahov Goranboy rayon Polis Şöbəsinin əməkdaşıdır.
Faktla əlaqədar Şəki rayon Prokurorluğu tərəfindən araşdırmalar
aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtoekspertizadan
sonra bəlli olacaq.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi