Qırmızı.az
Dövlət Yol Polisindən döyülən rəislə bağlı açıqlama
Respublika Dövlət Yol Polisi İdarəsi İsmayıllıda yol polisinin keçirdiyi reyd zamanı yaranan insidentlə bağlı münasibət bildirib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Publika.az-a bildirib ki, İsmayıllı rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Əhməd Cəlilovla qaydaları pozan sürücü arasında heç bir insident qeydə alınmayıb.
Deyilənlərin, ümumiyyətlə, həqiqəti əks etdirmədiyini bildirən K.Əliyevin sözlərinə görə, hadisə baş verən günü nə reyd keçirilib, nə də polislə sürücü arasında insident yaşanıb:
“Sadəcə, İsmayıllı rayon sakini Fuad Abdulov idarə etdiyi “QAZel” markalı avtomobili dayanacağa çırpıb və nəticədə, dayanacağın şüşəsi sınıb. Əraziyə gələn İsmayıllı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları müəyyən edib ki, hadisə sürücünün manevretmə qaydasını pozması səbəbindən baş verib”.
K. Əliyev onu da bildirib ki, “QAZel”in sürücüsü Fuad Abdulov polis əməkdaşları tərəfindən qaydaları pozduğuna görə 40 manat cərimələnib.
Araşdırma aparılarkən F. Abdulovun spirtli içki qəbul etmədiyinə də aydınlıq gətirilib. Sadəcə, bütün bunlar sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması səbəbindən baş verib.
Xatırladaq ki, mətbuatda bu gün yayılan məlumata görə, İsmayıllı rayon Dövlət Yol Polisi(DYP) Şöbəsinin rəisi Əhməd Cəlilov reyd zamanı Fuad adlı sürücünü saxlayıb. Onlar arasında yaranan mübahisə zamanı polis rəisi sürücünün ünvanına söyüş və təhqiramiz ifadələr işlədib. Bundan hiddətlənən sürücü Ə.Cəlilova bir neçə yumruq zərbəsi endirib. Polis rəisinin reyd zamanı içkili olduğu bildirilirdi.
Simnarə
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir