Qırmızı.az
Şahbazın ikinci məktubu da gəldi
Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə girov götürdüyü Şahbaz Quliyevdən gələn 2-ci məktubun da məzmunu birincidən fərqlənmir.
ANS PRESS-in məlumatına görə, məktubu bu gün saat 12:00 radələrində
BQXK-nin Bərdə ofisinin əməkdaşları girovun bacısı İlhamə
Quliyevaya verib. İki cümlədən ibarət olan məktubun ikinci
sətirindəki yazının qələmlə qaralanması isə Şahbaz Quliyevin
yaxınlarını narahat edir.
Onların fikrincə, Şahbaz məktubu təsir altında yazır və vəziyyəti
heç də yazdığı kimi yaxşı deyil.
Girovun bacısı İlhamə Quliyeva deyir: "Xahiş edirik, Şahbazın
şəkillərini yollasınlar. Vəziyyətini özümüz gözümüzlə görək. Biz də
yazdıq ki, bizdən nigaran olma, qızının vəziyyəti yaxşıdır.
Anamızın bu işdən xəbəri yoxdur, ona bildirməmişik".
İlhamə Quliyevanın sözlərinə görə, BQXK-nin Bərdə ofisindən Şahbaz
Quliyev haqqında əlavə məlumat verilməyib. Komitədən onu da
bildiriblər ki, tezlikə girovlarla yenidən görüşüləcək və o zaman
da əlavə məlumat veriləcək.
Şahbaz Quliyevlə birgə girov götürülmuş Dilqəm Əsgərovun
yaxınlarına gələn məktubu da dünən ailə üzvləri BQXK-nin Bərdə
ofisindən alıb.
-
Avropa09:12
Gecə Rusiya fəallaşdı: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO