Qırmızı.az
Cəbhədə gərginlik: 71 hücum
Cəbhə xəttində atəşkəs yenidən pozulub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin müxtəlif
istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 71 dəfə
pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan
Respublikasının İcevan rayonunun Vozaşen, Berkaber və Paravakar
kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız
yüksəkliklərdə, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq
kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən
Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə
tutublar.
Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində yerləşən
mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçuayrım kəndlərində və
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd,
Sarıcalı, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Tərtər rayonunun
Çiləbürt, Göyarx, Qızıl Oba, Füzuli rayonunun Horadiz, Aşağı
Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Goranboy
rayonunun Gülüstan, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi