Qırmızı.az
Qənirə Paşayeva Hospitalda yaralı hərbçilərimizi ziyarət edib
Millət vəkili Qənirə Paşayeva Mərkəzi Hərbi Kliniki Hospitalda yaralı hərbçilərimizi ziyarət edib.
Bu barədə xanım millət vəkili "Facebook" statusunda yazıb:
"Bu gün Bakıda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Qospitalında bütün yaralı qardaşlarımızı ziyarət etdik. Hər biri ilə söhbət etdik,müalicələrinin gedişi ilə maraqlandıq, qısa zamanda sağalmalarını dilədik. Çox şükr yaralı qardaşlarımızın hamısının vəziyyəti getdikcə yaxşılaşır və həkimlər yaxşılaşacaqlarını deyirlər. Həkimlərin və tibb işçilərinin onlara necə böyük diqqət və qayğı ilə yanaşdığını gördük və bir daha təşəkkür edirəm. Özəlliklə ağır yaralılarımızın başının üstündən ayrılamayaraq bütün yardımları edən, çətin əməliyyatları yüksək səviyyədə həyata keçirən həkimlərimizdən Allah razı olsun. Dualarınızı yaralı qardaşlarımızdan əksik etməyin. Bizdən bir istəyiniz varmı dedim. Sadəcə dua dedilər. Allahdan isə tezliklə sağalıb ön cəbhəyə qayıtmağı arzuladıqlarını bildirdilər. Onları yaxından tanımaqdan şərəf duydum. Aralarında elə oğullar var ki, bütün yaralarına, ağrılarına ramən bilirsinizmi nə deyirdilər. Qısa zamanda sağalıb düşməndən intiqam almaq, ön cəbhəmizi qorumaq üçün yenidən ön cəbhəyə qayıdacaqlarını. Gözyaşlarımı gizləsəm də yəqin gözlərimin dolmasını hiss etmişdi qəhrəman oğullarımızdan, gizirlərimizdən biri. “Qənirə xanım, ağlamayın şəhidlərimizin intiqamını aldıq. Düşmən layiqli cavabını aldı və hələ bundan sonra da alacaq. Yaralarımız sağalan kimi qayıdırıq ön cəbhəyə” dedi. Sizin kimi oğullarımız var bizə ağlamaq yaraşmaz dedim. Biz sizə də, ordumuza da, dövlətimizə də inanırıq. İnşallah düşmən bundan sonra da layiqli cavabını alacaq. Və hamımız şəhidlərimizə təkrar rəhmət dilədik. Onlarla söhbətdən sadəcə bunu deyə bilərəm ki, ordumuz düşmən Ermənistandan şəhidlərimizin intiqamını alıb, ermənilərin gizlətməklərinə baxmayın. Görək nə qədər gizlədəcəklər. Və inşallah inanırıq ki, ordumuz şəhidlərimizin intiqamını almaqda davam edəcək. Şəhid analarının, balalarının, nişanlılarının, insanlarımızın gözyaşlarının intiqamı sona qədər alınmalıdır və Azərbaycanın gücünü açıq şəkildə görməyə başlayan düşmən layiq olduğu bütün cəzanı almalıdır və inşallah alacaq. Yaralılarımız üçün dualarınızı əksik etməyin. İndi onların ən çox sizin dualarınıza ehtiyacı var. Zamanı, imkanı olanlar ziyarət də etsinlər. Çünki psixoloji, mənəvi dəstək, güc yaralılarımızın daha da tez sağalmasına kömək edər. Allah bütün əsgərlərimizi, həbiçilərimizi qorusun! Ordumuza inanırıq və hər zaman onun yanındayıq!"
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq