Qırmızı.az
Kollecə daxil olmaq istəyənlər üçün ŞANS
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi
avqustun 8-dən 13-dək həyata keçiriləcək. İxtisas seçimində ali
təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas
təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmiş
və topladığı ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak
edə bilərlər.
2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının orta
ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (XI sinif)
tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi
elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin
doldurulma qaydası, onun nümunəsi, qəbul aparılan ixtisasların
siyahısı, plan yerləri və digər zəruri məlumatlar "Abituriyent"
jurnalının 5-ci sayında dərc olunub.
TQDK ixtisas seçimində iştirak edəcək abituriyentlərə kömək məqsədi
ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tam orta təhsil
(XI sinif) bazasında orta ixtisas təhsili müəssisələrinin
ixtisaslarına 2013-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış
keçid ballarını dərc edərək onların istifadəsinə vermişdir.
İxtisas seçimi zamanı tələb olunan ödəmə kartını əldə etmək üçün
bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərmək
lazımdır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu