Qırmızı.az
Erməni nazirdən kəlbəcərli girovlarla bağlı axmaq AÇIQLAMA
Ermənistanın müdafiə naziri Seyran Ohanyan bir müddət əvvəl işğal altında olan Azərbaycanın Kəlbəcər rayonu ərazisində girov götürülən soydaşlarımızla bağlı açıqlama verib.
AzNews.az-ın məlumatına görə, bu gün keçirdiyi brifinqdə bu
məsələyə toxunan işğalçı ölkənin naziri deyib ki, azərbaycanlı
girovlar Dilqəm Əsgərov və Şahbaq Quliyev təxribatçı olduğundan,
onlara əsir kimi yanaşıla bilməz.
S. Ohanyan azərbaycanlı girovların həmin əraziyə informasiya
toplamaq üçün gəldiklərini də iddia edib.
O deyib ki, D. Əsgərov və Ş. Quliyev müvafiq qanunlara əsasən
cəzalandırılacaq.
Xatırladaq ki, doğma yurdunu, valideyinlərinin məzarını görmək üçün
Kəlbəcərə gedən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov
erməni silahlıları tərəfindən girov götürülüb. Hadisə zamanı Həsən
Həsənovun öldürüldüyü məlum olub.
Hazırda beynəlxalq humanitar təşkilatlar adıçəkilən şəxslərin geri
qaytarılmasına çalışırlar.
Qeyd edək ki, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır və bununla bağlı
adıçəkilən ölkənin prezidenti Vladimir Putinə bu şəxsin ailə
üzvləri tərəfindən müraciət də edilib.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ