Qırmızı.az
Erməni hakerlər daha bir Azərbaycan saytını dağıtdı
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi saytına erməni hakerləri tərəfindən bu gün saat 09.30-da hücum olunub. Bu müdaxilə saytda bütün yüklənmiş məlumatların (cəmiyyətin siyasəti, hüquqi bazası, razılaşmaları, sərhədyanı bölmələrdə olan fəaliyyətlər ) silinməsi və tam yox olması ilə nəticələnib.
Bu barədə Modern.az saytına Azərbaycan Qızıl Aypara Cəmiyyətindən
məlumat veriblər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti yaranmış vəziyyətdən narahat
olduğu halda səhifənin bərpa olunması üzərində təcili olaraq
işləyir. AzQAC Azərbaycan Respublikası Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin müvafiq şöbəsi ilə əlaqə saxlayıb, bu
problemin aradan qaldırılması üçün köməklik edilməsini xahiş
edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssislərinin
köməkliyi ilə problem aradan qaldırılıb. Hazırda sayt fəaliyyətini
bərpa edib.
Bu bir daha sübut edir ki, Erməni tərəfi humanitar dəyərlərə məhəl
qoymur və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına qarşı
hörmətsizlik edir. Humanitar fəaliyyətlə məşğul olan bir təşkilatın
rəsmi saytına hücüm etmək bunu deməyə əsas verir.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər