İçində 3 milyon pul olan bankomat oğurlandı
Bizi izləyin

Qırmızı.az

İçində 3 milyon pul olan bankomat oğurlandı

Moskvadakı əfqan qaçqını bankomat oğurlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bankomatın içində 3 milyon rubl olub.

Dünən yerli banklardan birinin rəhbərliyi polis şöbəsinə müraciət edərək bildirib ki, bankın Bolşoy Filevski küçəsində yerləşən bankomatı oğurlanıb.

On dəqiqə ərzində əraziyə polis dəstəsi göndərilib. Matveyevski küçəsində polislər “Vaz-2112” markalı avtomobili saxlayıblar. Əfqanıstan qaçqın kimi Rusiyaya gəlib yaşayan şəxsin avtomobilində oğurlanmış bankomat aşkarlanıb.

Sürücü saxlanılıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm