Qırmızı.az
700 bal toplayanlardan 5-i qızıl medal aldı
Ötən gün təhsil naziri Mikayıl Cabbarov “Ümumtəhsil
məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında”
əmr imzalayıb.
ANS PRESS-in Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığı
məlumata görə, 2013-2014-cü dərs ilinin yekunlarına görə ümumi
təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər
gümüş medalla təltif olunub.
Qızıl medalla təltif olunanlar arasında bu il qəbul imtahanlarında
maksimum nəticə göstərən abituriyentlər də var. Belə ki, 700 bal
toplayan 9 abituriyentdən 5-i həm də qızıl medala layiq görülüb.
Bunlar Qurbanlı Könül Yusif qızı, Qədimbəyli Qoşqar Azər oğlu,
Nəbizadə Fatimeyizəhra Namiq qızı, Rzayev Samir Zahid oğlu və
Məmməd Hacılıdır.
Bakıdakı 289 nömrəli orta məktəb - "Zəngi" Liseyinin məzunu Könül
Qurbanlı (I qrup) ADA Universitetinin İnformasiya texnologiyaları
və sistemləri mühəndisliyi ixtisasına, Bakı şəhəri 287 nömrəli
“Zəkalar” Liseyinin məzunu Qoşqar Qədimbəyli (II qrup) ADA
Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisasına,
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Fatimeyizəhra
Nəbizadə (I qrup) isə Qafqaz Universitetinin kimya mühəndisliyi
fakültəsin ə, Bakıdakı "Dədə Qorqud" Liseyinin məzunu Məmməd Hacılı
(I qrup) Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinə,
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Samir Rzayev (II
qrup) Azərbaycan Diplomatik Akademiyasının (ADA) biznesin
idarəedilməsi ixtisasına qəbul olub.
Qeyd edək ki, məzunların qızıl və gümüş medalla təltif olunması
Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi
nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla
təltif olunma Qaydası” əsasında həyata keçirilib.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."