Qırmızı.az
Məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsi istifadəyə verildi
Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində 500 məcburi köçkün ailəsi üçün məhəllə salınması nəzərdə tutulub. Həmin ərazidə ilkin mərhələdə 200 ailə üçün məhəllənin tikintisi başa çatdırılıb. Bu barədə Publika.az-a Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Qəsəbə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunur.
Dövlətqaçqınkom tərəfindən həmin məhəlləyə köçürülməsi nəzərdə tutulmuş məcburi köçkün soydaşlarımız yeni mənzillərə köçürülməsinə başlanılıb.
Ümumilikdə 10 hektar sahəni əhatə edən bu qəsəbənin ərazisində də digər yerlərdə olduğu kimi, müasir standartlara tam cavab verən 220 yerlik məktəb binası da tikilib.
Yeni yaşayış məhəlləsi elektrik, qaz, su və müasir istilik sistemi ilə tam təchiz edilib.
Yeni yaşayış məhəlləsinə köçürülən məcburi köçkün soydaşlarımız yaradılan bu cür şəraitə görə dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər.
Məlumat üçün bildiririk ki, qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,6 milyon kvadrat metr yaşayış sahəsindən, 42 min mənzildən ibarət 83 müasir qəsəbə salınmış və 42 min ailə və ya 210 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Gülxar
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ