Qırmızı.az
Azərbaycanda silah oğurlayan dəstə zərərsizləşdirilib
Lənkəranda şəhər məktəblərinin birindən oğurluq edən 4 nəfərlik dəstə zərərsizləşdirilib.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Pərviz
Əsədzadə bildirib ki, bir neçə gün öncə şəhər 2 saylı orta məktəbin
anbarından təhsil müəssisələri üçün nəzərdə tutulmuş inventarların
oğurlanması ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Dərhal
əməliyyat qrupu yaradılıb və oğruların axtarışına başlanılıb.
Həyata keçirilən tədbirlər nəticəsində oğurluq hadisəsini törətmiş
Lənkəran şəhər sakinləri Məhəmməd Tahir oğlu İbrahimzadə, Niyaz
Fəyaz oğlu Əlizadə, Şakir Qulam oğlu Nəsirov, Ramin Rəhman oğlu
Qəmbərov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
İlkin dindirmə zamanı saxlanılan şəxslərin şəhərdəki 2 saylı orta
məktəbdən bir neçə dəfə oğurluq etdikləri məlum olub. Belə ki,
onlar məktəbin anbarından müxtəlif inventarlar, həmçinin arxiv
otağın seyf qapısını sındırmaqla oradan təlim məqsədi üçün nəzərdə
tutulmuş 4 ədəd tir tüfəngi, 2 ədəd “F-1”, 3 ədəd “RQD-5” qumbarası
və patronlar oğurlayıblar.
İstintaq zamanı məktəbdə müxtəlif vaxtlarda törədilən oğurluq
hadisəsinə burada gözətçi işləyən Ramin Qəmbərovun bələdçilik və
başçılıq etdiyi üzə çıxıb.
Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 177-ci maddəsi
ilə cinayət işi açılıb, dəstənin digər oğurluq işlərində
iştirakları və bundan əvvəl məhkumluqlarının olub-olmadıqları
araşdırılır. /Anspress/
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri