Qırmızı.az
Xalq artistinin gəlini alov püskürdü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailəsində baş verən faciəli qəzanın törədilməsində təqsirli bilinən Xalid Mədətovun məhkəməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu il martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Vüqar Ağasəlim oğlu Abdullayevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə Xalid Mübariz oğlu Mədətovun sürdüyü markalı avtomobil toqquşub.
Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. Sürücü Xalid Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib. O, Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.
Məmur oğlu özünü qismən təqsirli bildi
Xalid Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur. Həmin hadisədən 2 gün sonra o, ölkə prezidentinin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə Ağasəlim Abdullayev məmur oğluna qarşı mülki iddiasının olmadığını bildirib.
Daha sonra prosesdə prokuror ittihamnaməni açıqlayıb. Xalid Mədətov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, özünü yaxşı hiss edə bilmədiyi üçün sərbəst ifadə verməyə hazırlaşmayıb, tərəflərin suallarını cavablandıracaq: “Növbəti məhkəmə iclasında ifadə verəcəm”.
“Başımdan xəsarət almışam”
Prokurorun suallarına cavab verən Xalid Mədətov deyib ki, hadisə vaxtı içkili olmayıb. Onun sözlərinə görə, qəza baş verən yol üç zolaqdan ibarətdir: “Mən avtomobili üçüncü zolaqda idarə edirdim. Həmin vaxt da nəqliyyatın hərəkəti az idi, sıxlıq yox idi”. O, prokurorun hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı sualına cavab verməyib: “
Mən hazırda ifadə verməyə hazır deyiləm. Buna görə də hadisənin necə baş verdiyini izah edə bilmirəm. Bütün suallara ifadəmdə cavab verəcəm”.
Xalid Mədətov daha sonra qeyd edib ki, qəzada başından xəsarət alsa da xəstəxanada müalicə almayıb və müayinədən keçməyib:
“Hadisə vaxtı mənim avtomobilimdə heç kim olmayıb. Maşında tək olmuşam. Avtomobili idarə edərkən sürət həddi 100-dən bir az artıq olub”.
“Səni Allaha tapşırmışam”
Xalid Mədətov zərərçəkmişlərə müraciət edərək üzr istəyib: “Bu əməli törətmişəm, buna görə də peşmanam. Hadisə zamanı dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Bu hadisə ailə üçün böyük faciədir. Bizim də ailəmizə böyük faciə gətirdi”.
Bu zaman Ağasəlim Abdullayevin məhkəmə prosesini izləyən gəlini Səadət Abdullayeva təqsirləndirilən şəxslə mübahisə edib:
“Utanmaz, mən uşağımı itirmişəm. Bizə böyük faciə yaratmısan. Sənin ailəndə hansı faciə baş verib? Səni Allaha tapşırmışam”.
Xalq artisti məmur oğluna niyə iddia qaldırmadı?
Ağasəlim Abdullayev deyib ki, hadisə məlumdur, təfərrüatları burada təkrarlamağın yeri yoxdur. Qəzanın törədilməsindən danışan xalq artisti ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib:
“Mənim təqsirləndirilən şəxsə qarşı heç bir iddiam yoxdur. Ondan heç nə də istəmirəm. Mənim ailəmdən gedənlər artıq gedib. Pul onları geri qaytaran deyil. Məhkəməyə yüz faiz inanıram. Buna görə də növbəti məhkəmələrdə iştirak edən deyiləm”.
Digər zərərçəkmiş Vüqar Abdullayev deyib ki, təqsirləndirilən şəxsi əvvəllər tanımayıb. Onun sözlərinə görə, qəza zamanı Xalid Mədətov avtomobili sürətlə hərəkət edib:
“Bu sürəti mən heç vaxt görməmişdim. Mən özüm avtomobili 90 sürətlə sürürdüm. Onun maşını saatda 100-lə sürməsi ilə bağlı dediyinə inanmıram. Çünki həmin sürətlə belə qəzanın baş verməsi mümkün deyil. Cəzası nədir, həmin cəzanın verilməsini istəyirəm. Əlavə iddiam yoxdur”.
Səadət Abdullayevanın sözlərinə görə, hadisə zamanı azyaşlı övladını itirib: “Uşaq böyütmək asan deyil. Bu şəxs mənim övladımın ölümünə səbəb olub. Ən ağır cəzanın verilməsini istəyirəm”.
Məhkəmə avqustun 22-də şahid ifadələrim ilə davam edəcək.
-
İdman02:42
Super ulduzun arvadı Ançelottini biabır etdi - FOTO
-
Hadisə01:30
Daha bir acı xəbər gəldi: bu dəfə 14 yaşlı yeniyetmə...
-
Sosial00:50
Toya hazırlaşanlara məyusedici xəbər - Qiymətlər bahalaşacaq
-
Hadisə8 Noyabr 23:55
Hərbi hissə yaxınlığında YANĞIN baş verdi
-
Magazin28 Noyabr 21:12
Cennifer Lopez Şahzadə Diana kimi geyindi - FOTOLAR
-
Sosial8 Noyabr 21:00
Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı - VİDEO
-
Sosial8 Noyabr 20:40
20 əsgəri ölümdən qurtaran SADİQ
-
Nəqliyyat8 Noyabr 19:10
Noyabrın 10-dan bu marşrutlar pulsuz olacaq