Qırmızı.az
Məhkumlar üçün elektron kitabxana açıldı
Azadlıqdan məhrum edilmiş şəxslərin sosial müdafiəsinin təmin edilməsi, cəzadan azad edildikdən sonra müasir cəmiyyətə adaptasiya olunmalarına yardım məqsədi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Publika.az Penitensiar xidmətin mətbuat xidmətinə
istinadən xəbər verir ki, penitensiar müəssisələrdə təşkil olunan
dil və kompüter kursları, cəzaçəkmə müəssisələrinin və istintaq
təcridxanalarının ən müasir kompüter avadanlıqları ilə təchiz
olunması xüsusi əhəmiyyət kəsb edir.
Bu gün yeni istifadəyə verilmiş müasir standartlara uyğun Şəki
Penitensiar müəssisəsində kompüter kursunu başa vurmuş məhkumların
ilk qrupuna müvafiq sertifikatların təqdim olunma mərasimi
keçirilib. İlkin kompüter biliklərinə yiyələnmiş 29 nəfər məhkuma
“24 F/PS – Birinci yaradıcılıq birliyi”nin sertifikatları təqdim
olunub. Kompüter vərdişlərinə yiyələnmiş məhkumlar ilk dəfə olaraq
müəssisədə təşkil olunmuş elektron kitabxananın xidmətlərindən
istifadəyə başlayıblar.
Tədbirdə Şəki Regional ədliyyə şöbəsinin və Penitensiar xidmətin
Baş idarəsinin məsul əməkdaşları iştirak edib.
-
Magazin120:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO