Qırmızı.az
Türkiyə tüfənglərini Bakıda nümayiş etdirəcək
Türkiyə Milli Piyada Tüfəngi layihəsi çərçivəsində istehsal olunmuş MPT-76 piyada tüfəngini sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 sərgisində nümayiş etdirəcək.
Publika.az-ın məlumatına görə, silah MKE şirkətinin stendində nümayiş etdiriləcək.
MPT-76 tüfəngi Türkiyə Silahlı Qüvvələrinin
silahlanmasındakı G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün
yaradılıb və 200 ədədlik ilk partiyası may ayında Quru Qoşunlarına
təhvil verilib.
Çəkisi 4,1 kq təşkil edən silah 7.62×51 mm
çaplı patronlardan istifadə edir. Tüfəngin təsirli atış məsafəsi
600 metrdir. Üzərindəki piccatini relsi silaha müxtəlif optik
nişangahlar, lazer və s. əlavə etməyə imkan verir.
Qeyd edək ki, 2013-cü ilin may ayında
İstanbulda keçirilmiş İDEF-2013 sərgisində Milli Piyada Tüfənginin
Azərbaycanın müdafiə və müdafiə sənayesi nazirləri üçün təqdimatı
keçirilib.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə MKE arasında 2011-ci ildə imzalanmış niyyət protokolunda gələcəkdə ehtiyaclara uyğun olaraq bu silahın Azərbaycanda hissələrinin istehsalı və yığılmasına dair məsələlər yer alıb.
-
Region01:10
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
-
Magazin200:50
Bu, yarıçılpaqlıq və ya "kim daha gözəldir?" yarışı deyil - Türk aktrisalar tənqid edildi
-
Qoroskop00:31
Günün qoroskopu: yaşamınızda yeni mövzu və məqsəd yaranır
-
Magazin120 May 23:04
Roza Zərgərli bu FOTOlarla gündəmə gəldi
-
Region20 May 22:00
Türkiyədə matəm elan edildi
-
Region20 May 21:40
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ
-
Magazin120 May 20:50
Xalq artisti rəqqasələri topa tutdu: Pula görə özlərini alçaldırlar
-
Region20 May 20:25
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI