Qırmızı.az
Nazir: "Gürcüstanla hərbi əməkdaşlıq yüksək templə inkişaf edir"
Avqustun 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Gürcüstanın müdafiə naziri cənab İrakli Alasaniyanı qəbul edib.
Müdafiə nazirliyindən Publika.az-a verilən məlumata görə, İ.Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahı qarşısında rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayrağının dalğalandığı meydanda Gürcüstan Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə
naziri general-polkovnik Zakir Həsənov qonaqları Azərbaycanın qədim
diyarı Naxçıvanda salamlayaraq, Gürcüstanla aparılan danışıqların
və keçirilən görüşlərin strateji əhəmiyyət daşıdığını vurğulayıb,
hərbi əməkdaşlığın yüksək templə inkişaf etdiyini və bu əlaqələrin
daimi olacağını qeyd edib.
Öz növbəsində qonaq Naxçıvan şəhərinə ilk dəfə səfər etdiyindən məmnun olduğunu bildirib və yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.
Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi