Qırmızı.az
Gözləri görməyən maşın ustası
83 yaşlı Ərəstun Mehdiyev Salyan şəhərində yaşayır.
Gözlərinin görməməsi onun işinə heç bir təsir etmir.
ANS PRESS-in məlumatına görə, onu hamı maşın ustası kimi tanıyır.
Gözləri görməsə də, çətinə düşən sürücülər dərhal ona üz tutur.
Usta da onları naümid qaytarmır. 13 yaşından avtomobillərin təmiri
ilə məşğul olan Ərəstun dayı sonralar, həyətdə özünü əsl usta kimi
təsdiqləyib.
Sənətkar görmə qabıliyyətini də bu yolda qurban verib. Onun
sözlərinə görə hələ gənc yaşlarında maşın təmir edərkən paslı
dəmirlərdən biri onun gözünə batıb. Bunun təsirindən əvvəlcə
gözünün biri, daha sonra isi o birisi də tutulub.
Artıq 28 ildir ki, usta dünya işığına həsrətdir. Buna baxmayaraq o,
bu günə kimi fasiləsiz olaraq öz sevimli peşəsi ilə məşğul
olur.
Avtomobil ustasının gözlərinin görməməsi onun işinə heç bir təsir
etmir. Kifayət qədər ucuz və keyfiyyətli iş gördüyü üçün
müştəriləri kifayət qədərdir. Ərəstun dayının 4 övladının hər biri
onun yolunu davam etdirir. Gözləri görməsə də o özünü xoşbəxt
sayır, çünki kimsəyə əl açmadan öz halal zəhməti ilə öz ailəsini
dolandırır.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ