Qırmızı.az
Əfqan general Bakını gəzdi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Əfqanıstan İslam Respublikası Daxili İşlər Nazirliyi Sərhəd Polisinin komandanı, general-leytenant Məhəmməd Şəfiq Fəzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimə qatılmaq məqsədilə ölkəmizə səfər edib.
DSX-nin mətbuat mərkəzindən AzVision.az-a verilən məlumata görə,
mərkəzi aparatında Məhəmməd Şəfiq Fəzlinin təntənəli qarşılanma
mərasimi keçirilib. Protokola uyğun olaraq Əfqanıstan Sərhəd
Polisinin komandanı Şərəf Kitabına ürək sözlərini yazıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə sərhəd
təhlükəsizliyi məsələləri, dövlət sərhədlərinin mühafizəsinin
təkmilləşdirilməsi tədbirləri, qazanılan xidməti nailiyyətlər
müzakirə olunub. Həmçinin hər iki qurum arasında əməkdaşlığın
perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair
fikir mübadiləsi aparılıb.
Müzakirələrdə Əfqanıstan Sərhəd Polisi əməkdaşlarının DSX
Akademiyasında uzunmüddətli akademik təlimlərdə, eləcə də müxtəlif
ixtisaslar üzrə təkmilləşdirmə kurslarında iştirakı ilə bağlı
ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyi
vurğulanıb.
Səfər çərçivəsində Əfqanıstan nümayəndə heyəti Bakının görməli
yerləri ilə tanış olublar.
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO